İsrail Məkkəyə hücum etsə, İslamabadın cavabı ilə üzləşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İslam dünyasında gərginliyi pik həddə çatdıran bəyanat: Pakistan İsrailin regiondakı genişlənmə siyasətinə və müqəddəs yerlərə qarşı mümkün təhdidlərinə qarşı ən sərt xəbərdarlığını edib. Baku TV-nin təqdim etdiyi məlumatda bildirilir ki, İslamabad rəsmi şəkildə bəyan edib ki, Məkkə və digər müqəddəs məkanlara hər hansı hücum cəhdi Pakistanın birbaşa və sarsıdıcı cavabı ilə üzləşəcək. Nüvə dövləti olan Pakistanın bu çıxışı, xüsusilə İsrailin son dövrlər bölgədəki hərbi aktivliyi və "Böyük İsrail" layihəsi ilə bağlı iddialar fonunda strateji bir "qırmızı xətt" kimi qiymətləndirilir. Reportajda Pakistan ordusunun Səudiyyə Ərəbistanı ilə olan hərbi müttəfiqlik öhdəlikləri, müqəddəs yerlərin müdafiəsi üçün imzalanmış müdafiə paktları və bu gərginliyin Yaxın Şərqdəki qüvvələr balansına necə təsir edəcəyi geniş təhlil olunur.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
