Pleyeri seçin:
İsrail Müdafiə Ordusu məlumat yaydı | Qəzzaya növbəti hücumun detalları
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS hərbi qruplaşmasının lideri Məhəmməd Sinvarın meyiti aşkarlanıb.
Onun cansız bədəni Qəzza zolağının cənubunda yerləşən tunellərdən birində tapılıb.
Yerli medianın məlumatına görə, qruplaşmanın keçmiş rəhbəri Yəhya Sinvarın qardaşı olan Məhəmməd Sinvar və daha 10 nəfərin cəsədi Xan-Yunis şəhərinin altındakı tuneldən aşkarlanıb. HƏMAS tərəfindən hələlik rəsmi cavab gəlməyib.
Bununla yanaşı, İsrail Müdafiə Ordusunun Qəzza zolağına hücumları nəticəsində azı 101 nəfər həlak olub. Onlardan 36-sı təhlükəsiz zona adlandırılan Əl-Məvasi qaçqın düşərgəsinin hədəfə alınması ilə həyatını itirib.
Qeyd edək ki, hücumların gücləndirilməsi isə HƏMAS ilə danışıqların fonunda baş tutub.
Kopyalandı
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
