İsrail Müdafiə Qüvvələri Natanzdakı nüvə obyektlərini vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri İran Hərbi Hava Qüvvələrinin "Həmdam" və "Təbriz" hərbi bazalarına hücum edib. Həmçinin onlarla hava hücumundan müdafiə obyektini, o cümlədən PUA və raket buraxılış qurğularını məhv edib.
Bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, İranın onlarla hava hücumundan müdafiə obyekti, pilotsuz uçan aparatları və yer-yer raket buraxılış qurğuları da vurulub.
Bu arada, İranın Natanz şəhərində yerləşən nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi məlumat verib.
“Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə qurğularının tam qorunmasını təmin etmək və onların sülh məqsədləri üçün istifadəsini davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Nüvə obyektləri heç vaxt hücuma məruz qalmamalıdır”, – o qeyd edib.
Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu bildirib.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
