Pleyeri seçin:

İsrail Ordusu “Əl-Şifa” xəstəxanasını boşaltdı | Qəzzada son vəziyyət

01 aprel 2024 304 baxış

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyat keçirdikdən sonra “Əl-Şifa” tibb kompleksini tərk ediblər.

Təxminən 2 həftə davam edən əməliyyatlardan sonra ərazidə yerləşən ən böyük xəstəxana tamamilə boşaldılıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri HƏMAS hərbi qruplaşmasının döyüşçülərinin “Əl-Şifa” xəstəxanasında gizləndiyini və oradan hərbi təyinat obyekti kimi istifadə etdiklərini iddia edib. Sözügedən iddianı bəhanə edərək ordu noyabrın 15-də xəstəxana ərazisində hərbi əməliyyata başlayıb. Müdafiə Qüvvələri mülki şəxslərin xəsarət almaması üçün orduda xüsusi təlim keçmiş tibbi qrupların və ərəbdilli şəxslərin olduğunu da vurğulayıb.

Ərəb mediasının yaydığı məlumata görə isə tibb kompleksinin korpusları hücumlar nəticəsində yararsız hala düşüb, dağıntıların miqyası həddindən artıq böyükdür.

Bundan əlavə, 3000 nəfərlik tutumu olan tibb kompleksində İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan mülki şəxslərin sayı 400-ü keçib. Onların arasında Fələstin Qızılxaç Cəmiyyətinin üzvləri də var. Beləliklə, Fələstin tərəfi israilin qəsdən sözügedən xəstəxananı hədəf aldığını və əsas məqsədinin də mülki şəxsləri öldürmək olduğunu iddia edib.

Bütün bunların fonunda isə müdafiə ordusu “Əl-Şifa”da HƏMAS üzvlərinə qarşı mübarizə apardığını vurğulayıb. Nəticədə isə Qəzzada yerləşən ən böyük tibb kompleksi yerləyeksan olub. Hazırda sözügedən məkan tanınmaz vəziyyətdədir.

ABŞ rəsmilərinin Omanda husi nümayəndələri ilə görüşdüyü barədə məlumat yayılıb

ABŞ rəsmilərinin Omanda husi nümayəndələri ilə görüşdüyü barədə məlumat yayılıb

Dünya
17 sentyabr 2026 304 baxış
Minlərlə məxfi sənədin ictimaiyyət üçün əlçatan olacağı bildirilir

Minlərlə məxfi sənədin ictimaiyyət üçün əlçatan olacağı bildirilir

Dünya
17 sentyabr 2026 304 baxış
Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV

Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV

Dünya
17 sentyabr 2026 304 baxış
İrandan sülhlə bağlı çağırış | Zelenskidən Rusiyaya mesaj | AQTA monitorinq keçirdi - YENİ BİR SƏHƏR

İrandan sülhlə bağlı çağırış | Zelenskidən Rusiyaya mesaj | AQTA monitorinq keçirdi - YENİ BİR SƏHƏR

Dünya
17 sentyabr 2026 304 baxış
ABŞ və İsrail ərəb ölkələri ilə hərbi koordinasiyanı artırır - Baku TV

ABŞ və İsrail ərəb ölkələri ilə hərbi koordinasiyanı artırır - Baku TV

Dünya
17 sentyabr 2026 304 baxış
Rusiyanın Ermənistandakı hərbi mövcudluğu sona çata bilər? - Baku TV CANLI

Rusiyanın Ermənistandakı hərbi mövcudluğu sona çata bilər? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 304 baxış
Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 304 baxış
"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

Dünya
16 sentyabr 2026 304 baxış
Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Dünya
16 sentyabr 2026 304 baxış
Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Dünya
16 sentyabr 2026 304 baxış
Seçilmişlər
icon