Pleyeri seçin:
İsrail Ordusu Qəzzada dinc sakinlərin toplaşdığı ərazini vurdu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu Qəzza zolağının mərkəzi hissəsi olan Deyr əl-Bələhdə dinc əhalinin toplaşdığı ərazini hədəf alaraq zərbələr endirib. Hücum nəticəsində 6 nəfər həyatını itirib, onların arasında Türkiyənin TRT telekanalının fotoqrafı Yəhya Bərzak da olub. Məlumata görə, Bərzak İsrail Ordusunun Qəzza şəhərindən cənuba köçmə çağırışından sonra ailəsi ilə birlikdə bu əraziyə sığınmışdı. Müharibə başladıqdan bəri 250-dən çox jurnalistin İsrail hücumlarının qurbanı olduğu qeyd edilir. Bu faciə beynəlxalq media qurumlarını və ictimaiyyəti beynəlxalq humanitar hüququn pozulması hallarına qarşı səssiz qalmamağa çağırır.
Kopyalandı
#Qəzza zolağı teqi istifadə olunub
