Pleyeri seçin:

İsrail Ordusu sözündən geri döndü | Livan məsələ ilə bağlı hərəkətə keçdi

18 fevral 2025 288 baxış

“Livan öz torpaqlarında İsrailin hərbi mövcudluğunun bu və ya digər şəkildə qalmasını işğal kimi qiymətləndirir. Bununla yanaşı, İsrailin tamamilə geri çəkilməsi üçün sahib olduğu bütün imkanlardan istifadə hüququna malikdir”.

Bu barədə Livanın Prezident Aparatının sözçüsü Nəcat Şərafəddin bildirib.

O vurğulayıb ki, ABŞ-nin vasitəçiliyi ilə 2024-cü ildə imzalanan atəşkəs sazişinə əsasən, İsrail Ordusu 18 fevral tarixində Livan torpaqlarından tamamilə çıxmalıdır.

Lakin İsrail Silahlı Qüvvələri sözügedən şərti yerinə yetirsə də, daha sonra “Hizbullah” hərbi qruplaşmasının təhlükəsinə qarşı 5 strateji nöqtədə qoşunlarını saxlamağa qərar verib. Bu qərarı Təl-Əvivin müdafiə naziri İsrael Katz özü açıqlayıb.

Livan rəsmisi isə bildirib ki, ölkə Prezidenti Cozef Aun, Baş nazir Nəvvaf Səlam və parlament sədri Nəbih Berri arasında görüş baş tutub. İclas zamanı İsrail Ordusunun Livanda qalması məsələsi müzakirə olunub.

“Livan Ordusu sərhədlər boyunca bütün vəzifələrini yerinə yetirməyə hazırdır. Həmçinin İsrailin atəşkəsi pozma halları ilə əlaqədar Birləşmiş Millətlər Təşilatının Təhlükəsizlik Şurasına da müraciət ünvanlayacağıq”, – deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, 2024-cü il noyabrın 27-də 2 ölkə arasında atəşkəs sazişi imzalanıb. Razılaşmaya əsasən, İsrail Ordusuna ölkədən çıxması üçün 60 gün vaxt verilib. Həmin müddət yanvarın 26-da bitsə də, Təl-Əviv daha 30 gün möhlət istəyib. Möhlət fevralın 18-də başa çatıb.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 288 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 288 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 288 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 288 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 288 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 288 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 288 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 288 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 288 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 288 baxış
Seçilmişlər
icon