Pleyeri seçin:
İsrail Ordusundan “Hizbullah”a sərt cavab | Livana hücumun detalları
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Hizbullah”ın atəşkəsdən sonra ilk dəfə İsrailin şimalındakı Dov dağına iki raket atmasından sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı iki bölgəyə zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.
“Əl-Cəzirə”nin məlumatına görə, hücum nəticəsində Livanda 11 nəfər ölüb, xeyli insan yaralanıb.
Bildirilib ki, İsrail Livan rəsmilərindən öz öhdəliklərini yerinə yetirməyi və “Hizbullah”ın düşmənçilik fəaliyyətinin qarşısını almağı tələb edir.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu “Hizbullah”ın Dov dağına raket hücumunu atəşkəs rejiminin kobud şəkildə pozulması adlandırıb. O, “Hizbullah”ın bu addımına “qətiyyətli” cavabın veriləcəyini vurğulayıb.
Kopyalandı
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
