İsrail Qəzzada 150 hədəfə zərbələr endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Hərbi Hava Qüvvələri gün ərzində bütün Qəzza zolağına zərbələr endirməyə davam edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 150-dən çox hədəfə hücum edilib. Onların arasında minalanmış sahələr, silah anbarları, tank əleyhinə və snayper atəşi üçün mövqelər, digər hərbi infrastruktur obyektləri, eləcə də ayrı-ayrı silahlı qruplaşmalar olub.
Vurğulanıb ki, anklavın Xan-Yunis və Beyt Hanun şəhərləri ərazisində aktiv döyüşlər aparılıb. Bir çox silahlı zərərsizləşdirilib, onların hərbi infrastrukturu məhv edilib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından bu yana Qəzza zolağında İsrailin zərbələri nəticəsində 58 mindən çox insan həlak olub. Fələstinin Səhiyyə Nazirliyinin yaydığı bəyanata görə, 138 mindən çox insan isə yaralanıb.
#İsrail-Fələstin münaqişəsi teqi istifadə olunub
- İsrail ilə Fələstin müqavimət dəstələri arasında şiddətli toqquşmalar yenidən başlayıb - Baku TV
- İsrail İordan çayının qərbini tam ələ keçirmək istəyir? - 24 SAAT
- “İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq” | Ceyhun Bayramov
- Bu il Yaxın Şərqdə gərginlik daha da dərinləşəcək?
- İsrail-”Hizbullah” atəşkəsi sona çatdı?
