İsrail seçkilərində ən çox mandat Netanyahunun partiyasına çatdı | Hökuməti kim quracaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi hesablanıb.
İsrail Mərkəzi Seçki Komissiyası xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası ən çox mandat qazansa da, onun siyasi bloku parlament çoxluğunu təmin edə bilməyib. “Likud” 120 yerlik Knessetdə 27 mandat əldə edib.
“Likud” və Netanyahunu dəstəkləyən ultra-sağçı və ortodoks partiyalardan ibarət blok ümumilikdə 53 mandat qazanıb. Netanyahunun əsas rəqibi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb. Müxalifət partiyaları 48, ərəb partiyaları isə 19 mandat əldə edib.
Bildirilir ki, nə Netanyahu bloku, nə də əsas müxalifət qüvvələri ərəb partiyaları ilə koalisiya qurmağa hazır görünür.
Qeyd edək ki, İsraildə hökuməti formalaşdırmaq üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur. Seçkilərin yekun rəsmi nəticələrinin şikayətlərə baxıldıqdan sonra noyabrın 4-dək açıqlanacağı gözlənilir. Bundan sonra İsrail Prezidenti parlamentə keçən partiyaların nümayəndələri ilə məsləhətləşmələr aparacaq və deputatlardan birinə yeni hökumət koalisiyasını formalaşdırmağı tapşıracaq.
#İsrail teqi istifadə olunub
- İsraildə seçkilərdə Netanyahu öndədir, amma koalisiyanın gələcəyi qeyri-müəyyəndir
- İsraildə seçki müəmması | Yeni hökumətin açarı ərəb partiyalarının əlindədir? - Baku TV
- İsraildə seçkinin ilkin nəticələri siyasi vəziyyəti daha da qarışdırdı - Baku TV
- Müxalifət ərəb partiyalarının dəstəyi ilə hakimiyyətə gələ bilər? - Baku TV CANLI
- İsraildə seçkilərdən sonrakı mənzərə necədir? | İqtidara kim gələcək? - Baku TV
