Pleyeri seçin:

İsrail təcili yardım avtomobillərinin vurulmasını "uğursuzluq" adlandırdı

22 aprel 2025 507 baxış

“Bu, peşəkar uğursuzluqdur”.

Bu sözləri İsrail Ordusu Qəzzada 15 nəfər təcili tibbi yardım işçisinin ölümünə səbəb olan hücumlar barəsində açıqlaması zamanı bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti üçün çalışan bir qrup əməkdaşın öldürülməsi bütün dünyada etirazlara səbəb olub. Təl-Əviv tərəfi isə məsələni uğursuzluq kimi qiymətləndirib. Bu açıqlama birmənalı qarşılanmayıb.

İsrail Müdafiə Ordusunun yaydığı rəsmi bəyanatda belə qeyd olunur: “Biz mülki şəxslərə dəyən ziyana görə təəssüflənirik”.

İsrail Ordusunun general-mayoru Yoav Har-Even isə “Bu, səhvdir. Səhvlər olur. Ümid edirəm ki, bu, bir də olmayacaq”, ‒ deyə bildirib.

Maraqlıdır, Even 90 dəqiqəlik brifinq zamanı hansı komandir və ya qüvvələrin ucbatından hadisənin baş verdiyi barəsində bir söz belə deməyib.

Qeyd edək ki, baş verənlərə görə İsrail Ordusunun 14-cü briqada komandiri töhmət məktubu alıb. Eyni zamanda hücumlarda iştirak edən komandir müavini də tutduğu vəzifədən azad edilib.

Fələstinin Qızıl Aypara Cəmiyyəti isə baş verənlərə görə İsrail tərəfini qınayıb. “Guya siz maşının işıqlarını görmədiniz və onların təcili yardım maşınları olduğunu dərk etmədiniz? Videodan görünür ki, siz yalan danışmısınız. Bütün dəlillər göz qabağındadır”, ‒ deyə qurum əlavə edib. 

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 507 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 507 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 507 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 507 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 507 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 507 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 507 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 507 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 507 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 507 baxış
Seçilmişlər
icon