İsrail və Fələstin arasında növbəti əsir mübadiləsi | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS İsraillə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində fevralın 15-i daha 3 nəfəri – Rusiya vətəndaşı Aleksandr Trupanov, Qəzzada saxlanılan sonuncu Amerika-İsrail vətəndaşlarından biri olan Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
İnsidentsiz baş tutan proses televiziya kanalları vasitəsilə canlı yayımlanıb.
Növbəti mərhələdə onlar İsrail Müdafiə Qüvvələrinə təhvil verildikdən sonra öz ölkələrinə aparılacaqlar.
Bildirək ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri ümumilikdə 18 girov, 13-ü İsrail və 5-i Tailand vətəndaşı azad edilib.
Qeyd edək ki, HƏMAS ilə razılaşma çərçivəsində İsrail fevralın 15-i 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.
#İsrail teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
- İsraildə parlament seçkilərinə xarici müdaxilə ehtimalı yoxlanılır
- İsraildə və ABŞ-də seçkilər Qəzzaya təsir edəcək? - Baku TV
