İsraildə son vəziyyət: Livandan İsrailə raket atıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Suriya və Livandan da İsrailə raketlərin atılması regiondakı vəziyyəti daha da gərginləşdirib.
Belə ki, “Hizbullah” terror təşkilatı Livanın cənubundan İsrailə 15 raket atıb. Daha sonra isə İsrail onminlərlə hərbçisini Livanla sərhədə cəmləyib. Livandan atılan raket hücumlarına cavab olaraq artilleriya atəşi açılıb.
İsrail Ordusu “Hizbullah”a məxsus iki müşahidə məntəqəsinə zərbələr endirib. HƏMAS isə sözügedən raket hücumlarının məsuliyyətini üzərinə götürüb. Bir qədər sonra isə Suriyadan İsrailə bir neçə minaatanla zərbə endirilib.
İsrailin Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlamasında bildirib ki, mərmilərdən bir neçəsi ölkənin ərazisinə düşüb və açıq ərazilər olduğundan hər hansı itki, dağıntı qeydə alınmayıb.
İsrail Ordusu isə bütün bunlara cavab olaraq Suriyada minaatan atəşinin mənşəyini hədəf alaraq əraziyə artilleriya zərbələri endirib.
Müdafiə Nazirliyi “X” hesabında İsrail Ordusunun bütün arenalarda baş vermə ehtimalı olan istənilən ssenariyə hazır olduğunu və mülki əhalini qorumaq üçün hərbi fəaliyyətini davam etdirəcəyini bildirib.
#İsrail-Fələstin müharibəsi teqi istifadə olunub
