Pleyeri seçin:

İsraildən genişmiqyaslı hücum | Beynəlxalq təşkilatlar təcili hərəkətə keçdi

29 avqust 2024 427 baxış

İordan çayının qərb sahilindəki yaşayış məntəqələri son illərin ən böyük hücumuna məruz qalıb.

Yerli medianın yaydığı məlumata görə, Nur Şəms adlı qaçqın düşərgəsinə endirilən zərbələr nəticəsində Tulkarem Batalyonunun komandiri Əbu Şucaa kimi tanınan Məhəmməd Cabir və daha dörd əsgər öldürülüb.

Hərbçilərin məsciddə gizləndiyini deyən İsrail ordusu açıqlayıb ki, sözügedən şəxs iyunda Qalkilyada 1 İsrail vətəndaşının öldürülməsi ilə sonlanan hücumu idarə edib.

Xəbərdə həmçinin qeyd olunub ki, İordan çayının qərb sahilində həyata keçirilən hücumlar azı 12 nəfərin həlak olması, 22 nəfərin yaralanması ilə nəticələnib. 20 şəxs isə həbs olunub.

“Human Rights Watch” təşkilatının keçmiş icraçı direktoru Kennet Ros İordan çayının qərb sahilinə hərbi müdaxiləni müharibə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu ərazilərdə hərbi əməliyyatı tənzimləyən hüquqi standartlar olmalıdır. Lakin İsrail ordusu bu standartlara əməl etmir.

Beynəlxalq “Amnesty International” təşkilatı da öz mövqeyini bildirməkdən çəkinməyib. Qurum bu hücumların fələstinlilərin həyatını riskə atdığını bildirib. Bundan əlavə, onsuz da acınacaqlı vəziyyətdə olan regionun yeni hərbi əməliyyatlarla daha ciddi itkilərlə üzləşəcəyi və məcburi köçkünlərin artacağı fikrini də ortaya atıb.

Artıq bölgədə xəstəxanalar mühasirəyə alınıb və girişə məhdudiyyətlər qoyulub. Təşkilat İsrail tərəfini ehtiyat tədbirləri görməyə və regiondakı məsuliyyətini yerinə yetirməyə çağırıb.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 427 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 427 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 427 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 427 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 427 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 427 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 427 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 427 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 427 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 427 baxış
Seçilmişlər
icon