İsraildən İrana daha bir sarsıdıcı zərbə | Görüntülər yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail 2009-cu ildən axtardığı SEPAH komandirini öldürüb. Bununla bağlı video da bölüşülüb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksəkrütbəli zabiti Behnam Şəhriyari İsrailin gecə saatlarında İrana hava hücumu nəticəsində öldürülüb.
Bu barədə İsrail Ordusu açıqlama yayıb.
Bildirilib ki, Şəhriyari İranın vəkil qruplarına, xüsusilə “Hizbullah”a gizli şəkildə silah ötürülməsinə cavabdeh olan Qüds qüvvələrinin 190-cı bölməsinə rəhbərlik edib. O, avtomobillə hərəkət edərkən İsrail Ordusunun hədəfinə çevrilib.
“İsrail 2009-cu ildən Şəhriyarini hədəf almağa çalışır. 190-cı bölmə İranın Livanda “Hizbullah”ı, Qəzzada HƏMAS-ı və Yəməndə husiləri silahlandırmaq səylərinə cavabdeh olub”, − deyə məlumatda vurğulanıb.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
