İsraildən uğursuz hava hücumu | Hadisənin detalları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
SAXAL-ın Qəzzanın cənubunda həyata keçirdiyi uğursuz hava hücumları nəticəsində 1 nəfər İsrail hərbçisi ölüb, 6 nəfər isə yaralanıb.
Buna isə texniki nasazlığa görə raketlərdən birinin desantların olduğu binaya düşməsi səbəb olub.
Hazırda onların 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin durumunun isə yaxşı olduğu açıqlanıb.
Bu arada İsrail Müdafiə Ordusu Rəfahın Bureyc düşərgəsində yaşayış binalarına hücum edib. Zərbələr nəticəsində azı 6 nəfər ölüb. Rəfahda isə bir evin hədəf alınmasından sonra daha 4 nəfər həlak olub.
Eyni zamanda İsrail Ordusu Xan Yunis yaxınlığındakı əl-Məvasi bölgəsinə də zərbələr endirib. Nəticədə azı 5 nəfər yaralanıb.
Qəzza da zərbələrdən kənarda qalmayıb. İsrail Ordusu şəhərin Təl-Həlva, Sabra və Zeytun məhəllələrini atəşə tutub.
Dəfələrlə bombalanan Nuseyrat düşərgəsi də yenidən hücumlara məruz qalanların siyahısında olub. Düşərgənin şimal-qərb hissəsi və Deyr əl-Bəlahın şərqi dronlarla vurulub.
Hadisə nəticəsində ölən və yaralananlar barədə heç bir məlumat verilməyib.
#İsrail Müdafiə Ordusu teqi istifadə olunub
- İsrail Kavarinin endirilən zərbələr nəticəsində öldüyünü bildirib
- Terrorda şübhəli bilinən 70 fələstinli saxlanılıb
- "Hizbullah"ın bir neçə döyüşçüsü zərərsizləşdirildi
- İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi
- Livanın paytaxtı yenidən bombalandı | HƏMAS komandiri öldürüldü - Baku TV
