Pleyeri seçin:
İsrailə görə istefa: ABŞ rəsmisi İsraillə bağlı Baydeni topa tutdu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Bayden administrasiyasının İsrail-Qəzza müharibəsinə münasibətinə etiraz əlaməti olaraq istefa verib.
Coş Pol bu barədə “LinkedIn”də yazıb: “Səmimi qəlbdən inanıram ki, İsrailin cavabı və bununla da Amerikanın həm bu cavaba, həm də işğalın status-kvonuna verdiyi dəstək həm israillilər, həm də Fələstin xalqı üçün daha böyük və daha dərin iztirablara səbəb olacaq. Bu, Amerikanın uzunmüddətli maraqlarına uyğun deyil”.
C.Pol əlavə edib ki, bir tərəfi kor-koranə dəstəkləmək uzunmüddətli perspektivdə hər iki tərəfin xalqının maraqlarına dağıdıcı təsir göstərir: “Qorxum budur ki, son onilliklərdə etdiyimiz səhvləri təkrarlayırıq”.
Kopyalandı
