İsrailin bu zərbəsi aranı qarışdırdı | Vurulan nüvə obyektləri havanı zəhərləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin hücumları nəticəsində İranın Fordo nüvə obyekti qismən zədələnib.
Bu barədə məlumatı İran tərəfi də təsdiqləyib. İslam respublikasının atom enerjisi üzrə təşkilatının məlumatına görə, avadanlıq və materialların əhəmiyyətli hissəsi obyektdən çıxarılıb, havanın çirklənmə təhlükəsi yoxdur
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai isə İsrailin hücumundan sonra ABŞ ilə aparılan nüvə danışıqlarını mənasız adlandırıb.
Qeyd edək ki, ABŞ və İran arasında növbəti görüş iyunun 15-də Omanda keçirilməlidir. “ABŞ elə bir iş gördü ki, İranın onlarla dialoqa girməsi əhəmiyyətini itirdi. İsrail İranın bütün qırmızı xətlərini keçib cinayətə əl atdı”, – deyə Bəqai bildirib. Buna baxmayaraq, İranın XİN rəsmisi ABŞ ilə danışıqların tam dayandırıldığını açıqlamayıb. Bu səbəbdən iyunun 15-nə nəzərdə tutulan Oman görüşünün taleyi hələ məlum deyil.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
