İsrailin İrana hücum planları mətbuata sızdırıldı | Araşdırma aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də İsrailin İrana hücum planları ilə bağlı kəşfiyyat məlumatları mətbuata sızdırılıb.
Bu barədə CNN-dən bildirilib. Hazırda hadisənin başvermə şəraiti araşdırılır.
Məlumatın sızması ilə bağlı araşdırmanı Federal Təhqiqatlar Bürosu, Müdafiə Nazirliyi və ABŞ kəşfiyyat xidmətləri aparacaq.
Qeyd olunub ki, 15 və 16 oktyabr tarixli “tam məxfi” sənədlər dərc edildikdən sonra internetdə yayılmağa başlayıb. Sənədlərdəki məlumatlara əsasən, yalnız Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu “Beş Göz” alyansına aid olan ölkələrin bu sənədlərlə tanışlıq imkanı olmalıdır.
ABŞ-nin Milli Geoməkan-Kəşfiyyat Agentliyinin tərtib etdiyi sənədlərdən birində İsrailin sursat daşıması İrana zərbəyə hazırlıq işarəsi kimi qeyd olunur, İsrail Hərbi Hava Qüvvələrinin hava-yer raketlərindən istifadə edərək keçirdiyi təlimlərə dair məlumatlar açıqlanır.
Digər sənədə görə, İsrailin nüvə silahı var, lakin ABŞ yəhudi dövlətinin İslam Respublikasına hücumda onlardan istifadə etmək niyyətini müşahidə etmir.
#ABŞ teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
- ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb
