Pleyeri seçin:

İsrailin İranı vurmaqda əsas məqsədi | Tehran regionda kimlərə kömək etdi?

24 may 2025 364 baxış

ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını göstərən kəşfiyyat məlumatları əldə edib.

Xəbər verdiyimiz kimi, bu barədə məlumatı “CNN” Amerika rəsmilərinə istinadən yayıb.

İsrailin mümkün zərbə ilə bağlı yekun qərar verib-vermədiyi hələ aydın olmasa da, ABŞ yardım məqsədilə kəşfiyyat məlumatları toplayır.

İsrail İranın nüvə obyektlərinə hücumu çoxdan planlaşdırır və burada bir neçə strateji məqsəd var.

İlk məqsəd İranın nüvə silahı istehsalının qarşısını almaqdır. Rəsmi Tehran uranın zəngiləşdirilməsini 60 faizə çatdırıb ki, bu da nüvə silahının əldə edilməsi üçün kritik hədd deməkdir.

İkinci bir məsələ isə İranın son zamanlar üzərində ciddi şəkildə işlədiyi ballistik raket proqramına mane olmaqdır. Tehran 2024-cü ildə İran-İsrail gərginliyi zamanı ballistik raketlərin gücündən maksimum dərəcədə istifadə etdi və bunu daha da inkişaf etdirmək niyyətindədir.

İran son zamanlar regionda İsrailin əsas düşməni olan husiləri də bu silahla təchiz edir. Buna görə də İsrail raket istehsal məntəqələrini sıradan çıxarmaqla təkcə İrana yox, həm də husilərə ciddi zərbə vurmağı hədəfləyir. Bir növ Təl-Əviv “bir daşla iki quş vurmaq” istəyir.

Üçüncü önəmli məsələ isə İranda rejim dəyişikliyidir. Amma Ağ Evin bu məsələdə İsraili dəstəkləyəcəyi çox da inandırıcı deyil. Buna görə də İsrail İranın hansısa radikal davranışını gözləməlidir. Əks halda, ABŞ-dən bu məsələ ilə bağlı çətin ki, ciddi dəstək ala bilsin.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 364 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 364 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 364 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 364 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 364 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 364 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 364 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 364 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 364 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 364 baxış
Seçilmişlər
icon