İsrailli diplomatdan BMT-yə dünya müharibəsi xəbərdarlığı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan Təhlükəsizlik Şurasının iclasında İkinci Dünya müharibəsi dövründə Almaniyada yəhudilərin məcburi şəkildə taxdığı altı guşəli sarı ulduzu pencəyinə sancaraq iştirak edib.
Həmin nişanın üzərində “bir daha heç vaxt” yazısı əks olunub. Təşkilatın ölkə üzrə təmsilçisi bir sıra ölkələri son 80 ildə heç nə öyrənməməkdə və BMT-nin yaradılma səbəbini unutmaqda ittiham edib.
Eyni zamanda o, BMT Təhlükəsizlik Şurasını İsrailə edilən hücumların qarşısında susduğu üçün tənqid edib. Diplomat özü də daxil olmaqla, nümayəndə heyətinin bütün üzvlərinin sarı ulduzdan istifadə edəcəyini vurğulayıb.
Qilad Erdanın sözlərinə görə, beynəlxalq təşkilat HƏMAS hərbi qruplaşmasının addımlarını pisləyənə və girovların azad edilməsini tələb edənə qədər onlar ulduzları taxacaqlar.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
