Pleyeri seçin:

İsrailli diplomatlar Türkiyə və bəzi ölkələri tərk edir

20 oktyabr 2023 124 baxış

Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarının başqa ölkələrdən təxliyəsinə başlayıb.

Səbəb onlara qarşı təhlükə riskinin olmasıdır. Eyni zamanda diplomatik nümayəndəliklərin bütün əməkdaşlarına da diqqətli olmaq barədə çağırış edilib. Oktyabrın 19-da İsrailin Ankaradakı səfiri İrit Lilian digər diplomatlarla birlikdə Türkiyəni tərk edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İsrail səfirliyi isə informasiyanı şərh etməkdən imtina edib.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bəşəriyyəti Qəzzada baş verən hadisələri dayandırmaq çağırışından sonra minlərlə insan İsrailin İstanbuldakı konsulluğuna daxil olmağa cəhd edib. Bundan sonra İsrailin Milli Təhlükəsizlik Şurası Türkiyəyə səyahət xəbərdarlığı edib. Şura həmçinin Türkiyədəki İsrail vətəndaşlarını tez bir zamanda ölkəni tərk etməyə çağırıb. İsrailə məxsus olan aviaşirkətlər ölkəni tərk etmək istəyən vətəndaşlar üçün İstanbuldan uçuşlar təşkil edib.

Türkiyə ilə yanaşı, Misir, Bəhreyn, İordaniya və Mərakeşdəki səfirliklər də boşaldılıb. Səbəb Qəzza zolağında xəstəxanaya edilən hücumdan sonra bu ölkələrdə İsrailə qarşı etirazların başlaması olub.

İsrail Xarici İşlər Nazirliyi fələstinlilərə dəstək nümayişləri ilə əlaqədar oktyabrın 18-də Misirin paytaxtı Qahirədəki və Mərakeşin Rabat şəhərindəki əməkdaşlarını təxliyə edib. Nümayişlərdə Qəzzanın Əl-Əhli xəstəxanasında 471 nəfərin ölümü ilə nəticələnən hücum da pislənib.

Baş verənlərlə əlaqədar ABŞ, Kanada, Fransa, Almaniya, Avstraliya, İtaliya, Ukrayna, Polşa, Cənubi Koreya və bir sıra ölkələr vətəndaşlarını İsraili tərk etməyə çağırıb. 

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 124 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 124 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 124 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 124 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 124 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 124 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 124 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 124 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 124 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 124 baxış
Seçilmişlər
icon