Pleyeri seçin:

İsrailli nazirin sözləri ciddi rezonans doğurdu

19 iyun 2026 360 baxış

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir rəsmi Vaşinqtonun regionda atəşkəs və sülh çağırışlarına rəğmən, Livanın tamamilə məhv edilməsi tələbi ilə çıxış edib.

Ultramillətçi nazir özünün rəsmi sosial şəbəkə hesabında paylaşdığı bəyanatda rəsmi Təl-Əvivin hərbi əməliyyatlarda heç bir təmkin nümayiş etdirməməli olduğunu vurğulayıb. Ben-Qvir paylaşımında ABŞ-yə açıq ismarış yollayaraq bildirib:

"Amerikalılara bütün hörmətimizlə yanaşsaq da, İsrail bütün dünyaya nümayiş etdirməlidir ki, övladlarımızın qanı və vətəndaşlarımızın təhlükəsizliyi unudulmayacaq. Bütün Livan yanmalıdır! Bizim ən ali vəzifəmiz İsrail vətəndaşlarını və ordusunun əsgərlərini qorumaqdır, bu vəzifə hər şeydən üstündür. Mən Baş nazir Benyamin Netanyahu ilə şəxsi görüşlərimizdə də demişəm: bir İsrail anasının hər bir göz yaşına qarşı min Livan anası göz yaşı tökməlidir. Yaxın Şərqdə ölçülüb biçilən cavablarla və təmkinlə qələbə qazanmaq olmaz – qətiyyətlə hərəkət etmək, məhv etmək və terroru boğmaq lazımdır".

Qeyd edək ki, Ben-Qvirin bu açıqlaması ABŞ və İran arasında Hörmüz boğazında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan və Livanda da daimi sülhü hədəfləyən sazişin imzalanmasından dərhal sonraya təsadüf edir. İsrail hökumətindəki radikal qanadın təmsilçisi olan nazirin bu bəyanatı rəsmi Təl-Əvivin Livanın cənubunda öz hərbi mövcudluğunu saxlamaq üçün Vaşinqtonla "inadkar" danışıqlar apardığı və bölgəyə hava zərbələrini davam etdirdiyi bir vaxtda beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Beynəlxalq müşahidəçilər Ben-Qvirin bu çağırışlarını ABŞ-nin regionda gərginliyi azaltmaq səylərinə və Livanın ərazi bütövlüyü zəmanətlərinə qarşı açıq meydan oxumaq kimi qiymətləndirirlər. 

Banner
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 360 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 360 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 360 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 360 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 360 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 360 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 360 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 360 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 360 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 360 baxış
Seçilmişlər
icon