Atəşkəs qərarı İsraildə aranı qatdı | Etirazlar pik həddə
Yeniliklərdən dərhal xəbərdar olun
İsraillə HƏMAS arasında 469 gündür davam edən müharibə atəşkəslə müvəqqəti sona çatsa da, yəhudi icmasında hakimiyyətin parçalanma təhlükəsi ilə üz-üzə olduğuna dair ehtimallar səslənir.
2 gündür narazılıqlar fonunda artan istefa xəbərdarlıqları atəşkəsdən sonra pik həddə çatıb. Belə ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qəbul olunan atəşkəs və onun bəndləri ilə razı olmadığını dilə gətirərək istefa verməyə hazırlaşdığını bildirib.
Onun sözlərinə görə, Netanyahuya göstərilən təzyiqlər fonunda onun atəşkəslə razılaşması İsrailin terrorçulara məğlub olması deməkdir.
Yerli media isə İtamar Ben Qvirin istefa istəyini “işini bilən birinin ayrılması hakimiyyətin devrilməsi demək deyil” kimi şərh edib.
Bu istefa dalğası müxalif və dini partiya nümayəndələrindən də yan keçməyib. Onlar da Nazirlər Kabinetinə səslənərək “biz bu utancverici günlərə şahidlik edə bilmərik” deyiblər.
Baş nazir Benyamin Netanyahu isə görünür, sükutu qoruyaraq istefa dalğasını şərh etməyə tələsmir. Ehtimal olunur ki, o, yaxın günlərdə Nazirlər Kabinetinin görüşünü təşkil edərək yekun qərarını səsləndirəcək.
#İsrail teqi istifadə olunub
- Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM
- Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir
- Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR
- İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
- Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
