Pleyeri seçin:

İsraillilərin İordan çayının qərb sahilinə köçü insidentsiz ötüşmür

02 sentyabr 2025 621 baxış

Qəzza zolağında vəziyyət gərgin olaraq qalır.

İsrailin nəzarətində olan İordan çayının qərb sahilində insanlar su və yemək qıtlığı ilə üzləşirlər.

Yerli sakinlər sözügedən problemə görə əraziyə köçürülən İsrail vətəndaşlarını günahlandırırlar.

İordan çayının qərb sahilindəki ən böyük Fələstin şəhərlərindən biri və inzibati mərkəz olan Ramallahda su qıtlığı yaşanır.

“Biz sadəcə həftədə 2 dəfə su tapırıq. İnsanlar suya görə buraya gəlməyə məcburdurlar”, – deyə yerli sakinlərdən biri vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatı 2025-ci ilin ilk yarısında İordan çayının qərb sahilində su quyuları, boru kəmərləri, suvarma şəbəkələri və su ilə əlaqəli digər infrastrukturun dağıdılmasında ittiham olunan yəhudi mühacirlər haqqında 62 insident qeydə alıb.

Bildirilib ki, israillilər iyunun 1-dən iyulun 14-dək Ramallah, Salfit və Nablus bölgələrində bulaqları, həyati əhəmiyyət kəsb edən su infrastrukturunu hədəf alan çoxsaylı hücumlar həyata keçiriblər.

Bundan əlavə, fələstinlilər uzun müddətdir İordan çayının qərb sahilində yaşayan yəhudi köçkünlər tərəfindən hədə-qorxu, təqib və fiziki zorakılıqla üzləşdiklərini də etiraf ediblər.

İsrail öz vətəndaşlarının su infrastrukturuna qəsdən ziyan vurması ilə bağlı məlumatlı olsa da, heç bir qabaqlayıcı tədbir görülməyib. 

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 621 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 621 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 621 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 621 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 621 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 621 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 621 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 621 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 621 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 621 baxış
Seçilmişlər
icon