Pleyeri seçin:

İstanbul görüşü onlara "dərs olmadı" | Rusiya-Ukrayna müharibəsi Avropaya yayılır?

24 iyul 2025 462 baxış

İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında sülh danışıqları 40 dəqiqə davam edib.

Görüşdə konkret razılaşma olmayıb. Danışıqlarda yeganə müsbət məqam Rusiyanın Ukraynaya siyasi, humanitar və hərbi məsələlər üzrə fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif etməsidir. Bu qruplar onlayn formatda işləyəcək.

Rəsmi Moskva belə təşəbbüslərlə çıxış etsə də, münaqişəni dayandırmaqda maraqlı deyil və hər ötən gün Ukraynaya hücumları artırır. Bu səbəbdən Ukrayna Ordusu da Rusiyanın dərinliklərinə zərbə endirmək niyyətindədir.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Ukraynanın buna haqqı çatır və Almaniya Kiyevi müəyyən silahlarla təchiz edəcək.

“Amma hansı silahların veriləcəyini açıqlamayacağıq ki, Vladimir Putin bilməsin”, – deyən almaniyalı nazir qeyd edib ki, Rusiyanın Ukraynaya hücumlarında heç bir məntiq görmür.

Almaniyanın Ukraynaya yardımı bir yana, öz ordusunu gücləndirmək siyasəti də Rusiyanı narahat edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, diplomatik kanallar vasitəsilə Almaniya ilə ikitərəfli əlaqələr var:

“Biz onların xahişi ilə diplomatik təmaslara razıyıq. Bəs Berlindən nə eşidirik? Kansler Fridrix Merts anti-Rusiya ritorikasını artırır. Bu ritorika aqressiv-hərbi xarakter almaqdadır. Rusiyaya qarşı siyasət və Almaniyanın hərbi gücünü artırmaq planları ciddi narahatlıq yaradır. İlk növbədə Almaniya vətəndaşları qorxmağa başlayırlar”.

Analitiklərin fikrincə, Rusiya və Almaniya arasında gərginliyin artması III Dünya müharibəsinin başlamasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı da ABŞ-dən “Patriot” sistemlərini alıb Ukraynaya ötürəcək. Bununla bağlı razılıq əldə olunub. Sadəcə olaraq, Ağ Ev Kremlə qarşı sanksiyaları sərtləşdirmədiyi üçün Rusiyanın silah istehsalında axsamalar yaranmayıb.

Belə olan halda “Patriot” sistemləri “Kinjal” raketlərini məhv etsə də, bütün hücumların qarşısını ala bilməyəcək. Həm də Donald Trampın Vladimir Putinə 50 gün vaxt verməsi Rusiyanın silah istehsalı kimi, Ukrayna ərazilərinin işğalını da sürətləndirir. 

Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Dünya
10 avqust 2026 462 baxış
Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Dünya
10 avqust 2026 462 baxış
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib

İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib

Dünya
10 avqust 2026 462 baxış
Teylor Sviftin mahnıları Ağ Ev və Trampın paylaşımlarından silinib

Teylor Sviftin mahnıları Ağ Ev və Trampın paylaşımlarından silinib

Dünya
10 avqust 2026 462 baxış
Rusiyada kirpilərə həsr olunan festival keçirilib

Rusiyada kirpilərə həsr olunan festival keçirilib

Dünya
10 avqust 2026 462 baxış
İlon Mask dünyanın ən böyük çip istehsalı zavodunun layihəsini təqdim edib

İlon Mask dünyanın ən böyük çip istehsalı zavodunun layihəsini təqdim edib

Dünya
10 avqust 2026 462 baxış
İran rəsmisi Məkkə Sazişi ölkələrinə xəbərdarlıq edib

İran rəsmisi Məkkə Sazişi ölkələrinə xəbərdarlıq edib

Dünya
10 avqust 2026 462 baxış
Britaniyada isti günlərin sayına görə 30 illik rekord yenilənib

Britaniyada isti günlərin sayına görə 30 illik rekord yenilənib

Dünya
10 avqust 2026 462 baxış
Çində yaxınlaşan tayfun səbəbindən 420 mindən çox insan təxliyə edilib

Çində yaxınlaşan tayfun səbəbindən 420 mindən çox insan təxliyə edilib

Dünya
10 avqust 2026 462 baxış
Qırğızıstanda "Salbuurun" ov festivalı keçirilib

Qırğızıstanda "Salbuurun" ov festivalı keçirilib

Dünya
10 avqust 2026 462 baxış
Seçilmişlər
icon