İstanbul görüşündən sonra da silahlar susmadı | Rusiya-Ukrayna cəbhəsində gərgin vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Son sutkada Rusiya və Ukraynanın quru qoşunları arasında 172 döyüş olub.
Pokrovsk müharibənin ən qaynar nöqtəsi olaraq qalır. Ukrayna ordusu bu istiqamətdə Rusiyanın 61 hücumunun qarşısını alıb.
Şimali Slobojansk və Kurskda 12 hücum dəf edilib. Rusiya ordusu 9 hava zərbəsi də endirib, 21 bombadan istifadə olunub. Bundan başqa, Ukraynanın mövqeləri 368 dəfə atəşə tutulub.
Atəşlərdən 6-sı reaktiv sistemdən açılıb. Çerkası raket zərbəsinə məruz qalıb. Şəhərdə yanğın qeydə alınıb, yaralananlar var. Vilayətin hərbi administrasiyasının rəhbəri İqor Taburets bildirib ki, raket mərkəzi şəhərə atılıb. İlkin məlumata görə, 7 nəfər xəsarət alıb.
Rusiya Odessaya dronlarla hücum edib. Partlayış və yanğınlar qeydə alınıb. Vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Kiper və Odessa şəhərinin meri Qennadi Truxanov insanları sığınacaqlarda qalmağa çağırıblar.
Zaporojye isə 9 “Şahed” dronunun hücumuna məruz qalıb. Mülki infrastruktur zədələnib, yanğınlar baş verib. Nikolayev də atəşə tutulub.
Rusiyanın dron hücumu şəhərdə yanğınlara səbəb olub. Rusiyanın Krasnodar vilayəti isə Ukraynanın PUA hücumuna məruz qalıb. Soçidə partlayışların olduğu bildirilir. Neft bazasının da hədəf alındığı barədə məlumat var.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya aid 39 dron vurulub. PUA-lardan 21-i Qara dəniz, 11-i Azov dənizi, 7-si isə Krasnodar vilayətinin səmasında zərərsizləşdirilib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
