Pleyeri seçin:

İstanbul "İstəklilər koalisiyası"na qoşulacaq? | “Türkiyə ilə eyni baxış bucağımız var”

20 noyabr 2025 199 baxış

“Türkiyənin “istəklilər koalisiyası”na cəlb edilməsi çox vacibdir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.

O, diplomatik proseslərin fəallaşdığını və təhlükəsizlik zəmanətlərinin zəruriliyini vurğulayaraq əlavə edib ki, Ukrayna bütün tərəfdaşlarla koordinasiyanı davam etdirəcək.

Ukrayna Prezidenti Türkiyənin Qara dəniz regionunda sabitliyin təmin olunmasındakı rolunu xüsusi qeyd edərək, təhlükəsizliyin yalnız birgə səylərlə təmin edilə biləcəyini vurğulayıb.

O, Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib: “Müharibə sona çatmalıdır. Rusiya bunun məsuliyyətini anlamalıdır. Bu məsələdə Türkiyə ilə eyni baxış bucağımız var. Türkiyəyə bütün dəstəklərinə görə minnətdaram. Ümid edirik ki, bu ilin sonuna qədər Rusiya ilə hərbi və mülki əsirlərin mübadiləsini bərpa etmək mümkün olacaq. Bu məsələdə Türkiyə bizə çox kömək edir”.

Ukrayna lideri həmçinin müdafiə sənayesi üzrə ortaq istehsal layihələrindən də danışıb. Bu istiqamətdə Türkiyə Prezidenti ilə ikitərəfli görüşdə müzakirələr apardığını diqqətə çatdırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, ölkəsinin Krım tatarlarına dəstəyi davam edəcək: “Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik. Ukrayna ilə aramızda tarixi və mədəni bağ olan Krım tatarlarına dəstəyimizin də davam edəcəyini qeyd etmək istəyirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndələri arasında İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, İstanbul görüşləri zamanı humanitar məsələlərdə irəliləmə mümkün olub.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 199 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 199 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 199 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 199 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 199 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 199 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 199 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 199 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 199 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 199 baxış
Seçilmişlər
icon