"İstəklilər koalisiyası"nın növbəti iclası bu tarixdə keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron yanvarın əvvəlində Parisdə "könüllülər koalisiyası"nın iclasının keçiriləcəyini açıqlayıb.
O bu barədə "X" hesabında yazıb: "Hər birinin konkret töhfəsini yekunlaşdırmaq üçün yanvarın əvvəlində Parisdə "könüllülər koalisiyası" ölkələrini toplayacağıq".
Makron qeyd edib ki, o və digər Avropa liderləri, eləcə də ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski sülhün bərqərar olması üçün Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş əldə edirlər.
Qeyd edək ki, 26 dekabrda "Financial Times" qəzeti adı çəkilməyən bir Avropa rəsmisinə istinadən "könüllülər koalisiyası"na daxil olan ölkələrin Ukraynadakı münaqişənin həlli üçün yanvar ayında yeni danışıqlar raundu keçirmək niyyətində olduqlarını bildirib.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
