İsveç XİN-dən səfirliyin yandırılması ilə bağlı təcili bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçdə Quranın yandırılmasına etiraz edənlər bu ölkənin Bağdaddakı səfirliyinin binasına od vurublar.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Diplomatik nümayəndəliyə hücum zamanı səfirlik əməkdaşları arasında xəsarət alan olmayıb.
İsveç Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb.
“Biz beynəlxalq təşkilatların əməkdaşlarına və diplomatlara edilən bütün hücumları pisləyirik. Səfirliklərə və diplomatlara edilən hücumlar Vyana Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. İraq hakimiyyəti diplomatik missiyaları və diplomatik heyəti qorumaq üçün ciddi məsuliyyət daşıyır”, – deyə İsveç Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib. Eyni zamanda nazirlik səfirlik əməkdaşlarının hazırda təhlükəsiz şəraitdə olduqlarını da bildirib.
Məsələyə İraq Xarici İşlər Nazirliyi də münasibətini açıqlayıb.
“İraq hökuməti təhlükəsizlik orqanlarına səbəbkarların müəyyən edilməsi və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsi barədə göstəriş verib”, – deyə İraq XİN-dən bildirilib. Lakin qurum hücumun kim tərəfindən həyata keçirdiyini açıqlamayıb.
#Qurani-Kərim teqi istifadə olunub
- "Allah qorxusundan edilən yaxşılıq düzgündür?!" - Əxlaqlı olmaq üçün dindar olmaq vacibdir? | AMİN
- Nyu-York şəhərinin merindən "Qurani-Kərim" barədə açıqlama
- Süni intellekt dini mətnləri dəyişir? | Tatarıstan müftisindən şok açıqlama
- "Onda anladım ki, insan meymundan yarana bilməz" | SSRİ din xadimlərini niyə aradan götürdü? - AMİN
- Hicab və namaz o vaxt əmr edilib ki... | Gənclər dindən niyə uzaqlaşdırılır? - AMİN
