Pleyeri seçin:

İtkiləri onlara görə verdik | Hakan Fidandan ABŞ-yə ittiham

05 fevral 2024 376 baxış

“ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını bəhanə edərək Türkiyəni F-35 qırıcı proqramından kənarlaşdırıb. Bu səbəbdən Ankara itkilərə məruz qaldı və əməliyyat imkanları zəiflədi”.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“NATO tərəfdaşlarımızdan gözlənilən hava hücumundan müdafiə dəstəyi ala bilmədik və S-400-lə bağlı Rusiya ilə razılaşma əldə etdik. Amerikalılar da Türkiyəni F-35 proqramından çıxarmaq üçün bundan bəhanə kimi istifadə etdilər”, – H.Fidan bildirib.

XİN başçısının sözlərinə görə, Türkiyə F-35 təyyarələrinin təkcə müştərisi deyil, həm də onların komponentlərinin istehsalçılarından biri olub: “Maliyyə itkiləri ilə yanaşı, əməliyyat imkanlarımızı da itiririk. İndi biz bu itkiləri aradan qaldırmaq üçün çalışırıq. Ölkəmizin müvafiq idarələri dəymiş maddi ziyanın ödənilməsi məsələsi üzərində fəal işləyirlər”.

H.Fidan bildirib ki, S-400-lərin alınmasından sonra Türkiyə paralel olaraq özünün yerli “Hisar” qısa, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin yaradılmasına başlayıb.

“Bununla bağlı Qərb ölkələri ilə tərəfdaşlıq və ya digər növ müqavilələr davam edəcəkmi, bilmirəm. Bu barədə özləri düşünməlidirlər. Milli siyasətimiz ondan ibarətdir ki, biz hava hücumundan müdafiəni həm idxal, həm də yerli istehsal hesabına təmin etməliyik”, – H.Fidan əlavə edib.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 376 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 376 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 376 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 376 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 376 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 376 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 376 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 376 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 376 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 376 baxış
Seçilmişlər
icon