İyunun 2-də Rusiya və Ukrayna nüməyəndələrinin iştirakı ilə danışıqların növbəti raundu başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın nümayəndə heyəti Ukrayna ilə danışıqlarda iştirak etmək üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Bu barədə "İnterfaks" danışıqların hazırlanması ilə tanış olan mənbəyə istinadən xəbər verib.
"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü günortadan sonra təyyarə ilə İstanbula çatıb", ‒ deyə agentliyin müsahibi bildirib.
Mənbə qeyd edib ki, Rusiya nümayəndə heyəti iyunun 2-də səhər saatlarında danışıqlara başlamağa hazır olacaq.
Ukraynanı isə Türkiyənin İstanbul şəhərində baş tutacaq danışıqlarda müdafiə naziri Rustem Umerov təmsil edəcək. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında bildirib.
Zelenski qeyd edib ki, nümayəndə heyəti bir çox məsələləri, o cümlədən atəşkəs və məhbusların azad olunmasını müzakirə etməyi planlaşdırır.
Umerov daha əvvəl vurğulayıb ki, Kiyev Rusiya tərəfi ilə görüşün “əleyhinə deyil”, lakin başlamazdan əvvəl Moskvadan memorandum gözləyir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
