Pleyeri seçin:

Kadırovun Putinlə arası dəydi, indi də... | Rusiya lideri hər kəsin gözlədiyini edəcək?

07 may 2025 708 baxış

Ramzan Kadırovun Çeçenistan rəhbəri postundan getməsi Şimali Qafqazda Rusiya üçün təhlükə yarada bilər.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.

Analitiklər diqqəti Kadırovun dünən gözlənilmədən istefaya getmək istədiyini bildirdiyi, amma bunun yalnız Rusiya Prezidenti Vladimir Putindən asılı olduğunu etiraf etdiyi son bəyanatına yönəldiblər.

Kadırov “komandir” olduğunu və Putinin əmrlərini yerinə yetirdiyini vurğulayaraq Rusiya lideri qərar verərsə, vəzifəsində qalacağını da deyib.

“Kadırov Şimali Qafqazda millətlərarası gərginliyin sabitləşməsinə kömək edib və onun uyğun varis olmadan vəzifədən getməsi Putin administrasiyasının sabitliyinə təhlükə yarada bilər. Hazırda bu tələbin nə dərəcədə ciddi olduğu bəlli deyil. Çünki Kadırov 2016-cı ildən vaxtaşırı Çeçenistan Respublikasının başçısı vəzifəsindən istefa vermək arzusunu ifadə edib”, ‒ Müharibə Araşdırmaları İnstitutu vurğulayır.

İnstitut həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadla qeyd edir ki, Kadırovun Putinlə münasibətləri son aylarda pisləşib, Rusiya Prezidenti onun Yaxın Şərq ölkələri ilə tez-tez və razılaşdırılmamış danışıqlarından narazıdır.

“Kadırov 2000-ci illərin əvvəllərindən bəri gərgin anlarda, xüsusən də Putin hakimiyyətinin sabitliyinə təhlükə yarada bilən Çeçenistan və Şimali Qafqazın digər bölgələrində stabilizator rolunu oynayıb. O, Putin üçün layiqli varisdir”, ‒ mənbə əlavə edir.

Müharibə Araşdırmaları İnstitutu bildirir ki, Kadırovun istefası və ya ölümü halında onun yerinə kimin keçə biləcəyi qeyri-müəyyən olaraq qalır.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 708 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 708 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 708 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 708 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 708 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 708 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 708 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 708 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 708 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 708 baxış
Seçilmişlər
icon