Kadırovun yaxın dostu olan millət vəkili öldürülüb?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyası Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov yaralanıb, amma sağdır.
Bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Dmitri Kuznetsov məlumat verib.
Ukrayna Silahlı Qüvvələrində döyüşmüş politoloq Kirill Sazonov “Facebook” səhifəsində Zaporojye vilayətində Delimxanovun kortejinin atəşə tutulduğunu yazıb. Onun sözlərinə görə, deputatla birlikdə onun 200-ə yaxın silahdaşı öldürülüb. K.Sazonovun sözlərinə görə, cəsədlər hadisəni gizli saxlamaq üçün helikopterlə çıxarılıb.
“Telegram” kanalında yaxın silahdaşının ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Çeçenistan rəhbəri Ramzan Kadırov isə Adam Delimxanovla əlaqə saxlaya bilmədiyini deyib.
“Ukrayna kəşfiyyatından xahiş edirəm ki, vurulan mövqelər barədə məlumat versin ki, mən əziz qardaşımı tapa bilim. Səxavətli mükafat vəd edirəm və sizdən köməklik etməyinizi xahiş edirəm”, – deyə R.Kadırov paylaşımında bildirib.
Qeyd edək ki, sosial şəbəkədə A.Delimxanovun vurulduğu iddia olunan ərazinin peyk görüntüləri yayımlandıqdan dərhal sonra R.Kadırov yenidən paylaşım edərək bildirib ki, A.Delimxanov yaralanmayıb və sağdır.
Maraqlısı isə odur ki, Çeçenistan rəhbəri yaxın silahdaşının sağ və harada olduğunu bildiyini desə də, Rusiya və Ukrayna mətbuatında A.Delimxanov haqqında heç bir məlumat verilməyib.
#Çeçenistan teqi istifadə olunub
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
- Dağıstan və Çeçenistanda fövqəladə vəziyyət | 700-dən çox texnika cəlb olundu - Baku TV
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Kadırovdan seçki ilə bağlı açıqlama
