Kafedə əyləşib Zəngəzuru... | Paşinyandan Qalstanyana tarix dərsi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də ölkə parlamentində hökumət saatında çıxış edib.
Yerli medianın məlumatına görə, N.Paşinyan çıxışı zamanı həmçinin “Vətən naminə Tavuş” müxalif hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın açıqlamalarından birinə də toxunub.
Belə ki, B.Qalstanyan həmin fikirlərində lideri olduğu hərəkatın “gözlənilməzliklər”ə aid olduğunu, bunların müqabilində isə vətən və ölkə əldə edəcə biləcəklərini iddia edib.
N.Paşinyanın sözlərinə görə, “gözlənilməzlik hərəkatı” edirik deyən şəxslər birbaşa olaraq dövlətçilik, müstəqillik, suverenlik və vətəndaşlıq əleyhinə hallara yol açırlar:
“Onlar İrəvanın mərkəzində kafedə əyləşərək Qarsı xəyal etmək istəyirlər. Amma onlar bununla İrəvanı itirəcəklər. Real Ermənistanla Tarixi Ermənistan arasında fərq budur. İstəyirlər ki, insanlar real Qafanda əyləşərək Zəngilanı arzulasınlar. Onlar bununla Real Ermənistanı və real Qafanı itirəcəklər. Real Ermənistan gələcəyə yönəlib, konkretdir, biz real sərhədini bilirik”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
