Kaladze Gürcüstan müxalifətinə xəbərdarlıq etdi | Çevriliş təhlükəsi varmı?
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Məlumata görə, hakim “Gürcü Arzusu” partiyası parlament seçkilərində 52,99 % səs toplayıb.
Ən çox səs toplayan müxalifət koalisiyası 11,2 %-lə “Dəyişiklik üçün Koalisiya” olub. Bu arada hakim partiyanın baş katibi Kaxa Kaladze Gürcüstan müxalifətinə xəbərdarlıq edib.
Onun sözlərinə görə, müxalifət partiyaları xalqın dəstəyini almır, ölkədə çevriliş və ya inqilab təşkil edə bilməyəcək.
“Müxalifətin ölkədə çevriliş və ya inqilab etmək imkanı yoxdur. Çevriliş edəndə cəmiyyətin, xalqın dəstəyini almalısan. Bu gün müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanunsuz addımlar atmağa cəsarət etsə, dövlət tərəfindən çox sərt reaksiya olacaq”, – deyə K.Kaladze bildirib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
