Kaya Kallasla Abbas Əraqçi nələri müzakirə etdilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan atılan dörd ballistik raket və 25 pilotsuz uçuş aparatını zərəsizləşdirib.
Ölkənin Müdafiə Nazirliyinin açıqlamasına görə, gərginliyin başlandığı gündən indiyədək hava hücumundan müdafiə qüvvələri 345 ballistik, 15 qanadlı raket və 1773 dronu məhv edib.
Hücumlar nəticəsində ikisi hərbçi, altısı mülki şəxs olmaqla 8 nəfər həlak olub, 160 nəfər isə yaralanıb.
"ABŞ və İsrailin İrana hücumları və İslam Respublikasının bölgədəki ölkələrə hava zərbələri regional sabitliyə, qlobal təhlükəsizliyə təsir edir".
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas telefon danışığında müzakirə ediblər.
Söhbət zamanı müharibənin humanitar nəticələri ətrafında da fikir mübadiləsi aparılıb.
#Kaya Kallas teqi istifadə olunub
- Aİ Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləməyə hazırlaşır - Baku TV
- Avropa İttifaqı Ukraynanın raket ehtiyaclarını necə təmin edəcək? - Baku TV
- Avropa və ABŞ-nin birgə sanksiyaları | Rusiya hansı addımları atacaq? - Baku TV
- Kallas Vaşinqtondan izahat istəyəcək
- Ankarada tərəflər arasında regional məsələlər müzakirə edilib - Baku TV
