Keçmiş prezident yenidən namizəd olmaq istəyir? | İranda maraq oyadacaq namizədlər
Yeniliklərdən dərhal xəbərdar olun
İranda prezidentliyə namizədlərin irəli sürülməsinə ayrılan müddət başa çatıb və artıq onların adları təsdiq üçün Konstitusiyanın Müdafiəsi Şurasına təqdim olunub.
Budəfəki seçki İran xalqı üçün mühüm əhəmiyyət kəsb edir. Çünki həm İbrahim Rəisinin faciəvi şəkildə dünyasını dəyişməsi, həm də İsraillə toqquşma sonrası ilk seçkinin keçirilməsi istər ölkə daxilində, istərsə də xaricdə diqqətləri paytaxt Tehrana yönəldib.
Qeydiyyat prosesi başa çatsa da, bu, tam namizəd olmaq üçün kifayət etmir. Namizədlər Konstitusiyanın Müdafiəsi Şurasında incələnir, daha sonra onların namizəd olub-olmayacağı müəyyənləşdirilir.
Bu zaman ölkənin ali lideri Əli Xameneinin qərarı önəmli rol oynayacaq. Namizədlik üçün 80 nəfər müraciət edib ki, onlardan 4-ü qadındır.
Bu siyahıda diqqətçəkən xeyli sayda insan var. Onlardan şansı daha çox olan parlamentin sədri Məhəmməd Bağır Qalibafdır. M.B.Qalibafı hətta Qərb mediası İranın gələcək prezidenti kimi görür və fikirlərini dərindən analiz etməyə çalışır.
M.B.Qalibaf bundan əvvəl də seçkilərdə iştirak edib, lakin məğlub olub. O, uzun illər SEPAH-ın komandiri, Tehranın polis rəisi və şəhərin meri olub. Ali liderə yaxınlığı ilə bilinən M.B.Qalibaf mühafizəkar fikirləri ilə tanınır. O, ali liderin oğlu Müctəba Xamenei ilə də yaxın dostdur. Əgər ata Əli Xamenei hakimiyyəti öz oğluna ötürmək istəyirsə, Məhəmməd Bağır Qalibaf həmin dövr üçün yaxşı prezident ola bilər.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
