Kənd təsərrüfatı təhlükə ilə üz-üzə | Tədqiqatçı həyəcan təbili çaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının əsas kənd təsərrüfatı məhsulları olan buğda, düyü, qarğıdalı, kakao, qəhvə və soya paxlası üzrə idxal təhlükəsizliyi iqlim dəyişikliyi və bu məhsulların gətirildiyi ölkələrdə bioloji müxtəlifliyin azalması səbəbindən ciddi təhlükə altındadır.
Britaniyalı alimlərin hazırladığı hesabatda qeyd olunur ki, bu araşdırma digər oxşar tədqiqatlardan fərqli olaraq, təkcə iqlim faktorlarını deyil, ətraf mühitin ümumi pisləşməsi və təbiətin tükənməsi kimi göstəriciləri də nəzərə alır. Bu isə kənd təsərrüfatı sistemlərinin kövrəkliyini və qlobal təchizat zəncirinin sabitliyini daha da zəiflədir.
Tədqiqatın əsas müəllifi Kamilla Hislop bildirib ki, iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi yalnız istehsalçı ölkələrə deyil, həm də Avropadakı ərzaq məhsullarının mövcudluğu, qiyməti və keyfiyyətinə birbaşa təsir göstərir.
Ekspertlər vəziyyətdən çıxış yolu kimi təchizatçı ölkələrin iqlim dəyişikliyinə dayanıqlığının artırılmasını, kiçik fermerlərin dəstəklənməsini, liman və nəqliyyat şəbəkələri kimi iqlimə həssas logistik infrastrukturun gücləndirilməsini və ekoloji riskləri nəzərə alan ticarət razılaşmalarının imzalanmasını təklif edirlər.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
