Pleyeri seçin:

Kennedi sui-qəsdində illər sonra açılan sirr | Dövlətə xəyanət, yoxsa hesablaşma? - ARAŞDIRMA

09 avqust 2024 673 baxış

Seçki kampaniyası çərçivəsində Texasa səfər edən Con Fidcerald Kennedi çıxışını zarafat edərək açır. Həmin gün ABŞ-nin birinci xanımı Jaklin Kennedi həmişəki kimi zövqlə geyinmişdi. Çəhrayı kostyum, başında papaq, əllərində uzun əlcək var idi. Onu görən sadə amerikalı xanımlar bir-birlərinə “Həyatda da jurnallarda olduğu kimi yaraşıqlıdır” deyirdilər.

Bir neçə saat sonra isə xanım Kennedinin əlcəkləri, çəhrayı kostyumu və neylon corabları qan içində idi. Bu, həyat yoldaşı, ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qanı idi.

Texasa səfər arzuolunmaz idi. Bunu Kennedinin ətrafında olanlar dəfələrlə prezidentə demişdilər. Elə bu səfər zamanı da ştatda vəziyyət gərgin olaraq qalırdı. Kennedinin səfərindən bir neçə gün öncə şəhərdə vərəqələr çap edilmişdi. Üzərində Kennedinin fotosu və altda “Dövlətə xəyanətə görə axtarılır” yazısı...

O, Texası ram etməyə, seçicilərin rəğbətini qazanmağa gəlmişdi. Amma hər şey o qədər də sadə deyildi və kortec “Elm Street”dən keçərkən prezindentə atəş açılır. İlk güllə arxadan boyun hissədən girərək boğazından çıxır, sonrakı bir neçə saniyə ərzində isə Kennedinin başı hədəf alınır və güllə onun beynini havaya uçurur.

Bu qorxunc hadisə hər kəsin gözü önündə baş vermişdi. Jaklinin həmin an avtomobilin arxasından uzanaraq sanki oradan uzaqlaşmaq istəməsi faciənin necə dəhşətli olmasını göstərir. Çox sonralar məlum olur ki, sən demə xanım Kennedi həyat yoldaşının başının parçalanmış hissəsini götürmək üçün özünü avtomobilin arxasına atmışdı.

Kennedinin qardaşı Baş prokuror Robert Kennedi məsələnin ciddi olduğundan xəbərsiz idi. Qardaşının ölüm xəbəri hələ ona çatmamışdı. Saat 13 radələrində isə Con Kennedinin ölümü rəsmən təsdiqləndi. İndi əsas məsələ cinayətkarı ələ keçirmək idi.

C.Kennedi sui-qəsdi yüzlərlə versiyanın yaranmasına səbəb olub. Amma həmin gün – 1963-cü ilin 25 noyabrı bütün dünya gənc və xoş gələcək vəd edən prezidentin dəfn mərasimini izləyirdi.

Sui-qəsdlə bağlı bir çox gizli sənədlər 1992-ci ildə ictimaiyyətə təqdim olunmalı idi, amma bu baş vermədi. Kennedi sui-qəsdinin detallarının nə vaxt işıq üzü görəcəyi ilə bağlı suallar ara-sıra səslənsə də, bu məsələdə maraqlı olmayanlar daha çoxdur. Ortalıqda isə açıq qalan və yarım əsrdən çoxdur ki, hamını maraqlandıran bir sual var – niyə?

Dünyada su ehtiyatları azalır

Dünyada su ehtiyatları azalır

Dünya
18 sentyabr 2026 673 baxış
Ölən və yaralananlar var

Ölən və yaralananlar var

Dünya
18 sentyabr 2026 673 baxış
BMT su çatışmazlığının artıq qlobal tendensiyaya çevrildiyini bəyan etdi - Baku TV CANLI

BMT su çatışmazlığının artıq qlobal tendensiyaya çevrildiyini bəyan etdi - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 673 baxış
Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI

Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 673 baxış
Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI

Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 673 baxış
7000-dən çox insanın yoluxduğu virus minlərlə can aldı | Afrikada vəziyyət kritikdir - Baku TV CANLI

7000-dən çox insanın yoluxduğu virus minlərlə can aldı | Afrikada vəziyyət kritikdir - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 673 baxış
Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır

Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır

Dünya
18 sentyabr 2026 673 baxış
Alimlər Merkurinin zamanla soyuduqca büzüldüyünü və ölçüsünün azaldığını bildirirlər

Alimlər Merkurinin zamanla soyuduqca büzüldüyünü və ölçüsünün azaldığını bildirirlər

Dünya
18 sentyabr 2026 673 baxış
Alimlər yaşlanmış hüceyrələrin fəaliyyətini yenidən aktivləşdirməyin yollarını araşdırırlar

Alimlər yaşlanmış hüceyrələrin fəaliyyətini yenidən aktivləşdirməyin yollarını araşdırırlar

Dünya
18 sentyabr 2026 673 baxış
2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib

2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib

Dünya
18 sentyabr 2026 673 baxış
Seçilmişlər
icon