Kimyəvi reaksiyaların yaratdığı möcüzə | 3 ölkənin alimlərindən sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Çin, Yaponiya və Avstraliyadan olan beynəlxalq alimlər qrupu Yer kürəsində həyatın yaranmasının mümkün səbəbini aşkar ediblər.
Qeyd olunub ki, Yerin termal bulaqlarında ilk mürəkkəb üzvi molekulların əmələ gəlməsində dəmir sulfidlər əsas rol oynayıb. Alimlərin ehtimalına görə, dəmir sulfidlər karbon qazının prebiyotik üzvi molekullara çevrilməsində iştirak edib.
Təhlil üçün alimlər nanoölçülü dəmir sulfidləri digər elementlərlə sintez ediblər. Təcrübələr 80-120 dərəcə Selsi temperaturunda və atmosfer təzyiqində aparılıb. Metanolun əmələ gəlməsini qiymətləndirmək üçün qaz xromatoqrafiyasından, reaksiya mexanizmini təhlil etmək üçün isə infraqırmızı spektroskopiyadan istifadə olunub.
Nəticələr göstərib ki, manqan qatqılı dəmir sulfidlər 120 dərəcə Selsidə ən böyük katalitik aktivliyə malikdir. Onun manqanla qarışığı enerji aktivliyini azaldır, elektron ötürülməsini gücləndirir və reaksiyaları daha səmərəli edir.
Bu mexanizm müasir metabolik proseslərdə rol oynayan fermentlərin işini xatırladır ki, bu da prebiyotik sistemlərin bioloji sistemlərlə oxşarlığını təsdiqləyir.
#Yer planeti teqi istifadə olunub
