Pleyeri seçin:

Kişiləri ətəklə gəzib fəxr edən, öz "cızbız"ı olan şəhər | Edinburq

20 dekabr 2023 539 baxış

Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə qədimi qəsrlər diyarı, tarixi tikililəri ilə məşhur olan Avropanın ən yaşıl ölkəsi Şotlandiyadan bəhs olunub.

Qeyd olunub ki, məhz Şotlandiyada küçədə ətəkdə gəzən və bununla fəxr edən əsl kişilər görə bilərsiniz. Bura əsl viskinin və yas mərasimlərində belə səslənən volınkanın vətənidir.

Edinburqun yarım milyon əhalisi var və hər il bura 25 dəfə çox turist gəlir. Bu şəhərdə hara baxsan, tarixi görmək mümkündür. 500, 600 yaşı olan tikililər hələ də dimdik ayaq üstdə və əla vəziyyətdədir.

Edinburqda yaşı 700 il olan binalar var və oradakı evlərdə sadə şotlandiyalılar yaşayırlar. Bu sakinlər evin 45-ci sahibləridirlər.

Şotlandiya deyən kimi ağla kişilərin geyindiyi məşhur kilt və şotland ruhunu təcəssüm etdirən volınka gəlir. Bizdə kişinin ətək geyinməsi nə deməkdir, bunu hamı bilir. Amma şotland kişiləri üçün bu geyim əsl kişilik, mərdlik, cəsarət, sərtlik və azadlıq deməkdir. Əsl kilt bir neçə qat parçadan ibarətdir və ağır geyimdir. Məhz bu səbəbdən onu geyinən kişilərə soyuq olmur.

Bəs şotlandların yemək zövqü necədir? Haggis adlanan yemək bizim cızbız kimi qoyunun ürəyindən, qara və ağciyərindən hazırlanır. Soğan da qızardılır və kartof püresi ilə birlikdə təqdim olunur. Haggisi səhər, günorta, axşam yemək şotlandlar üçün normaldır.

Şotlandiyada insanlar öz sağlıqlarında yasları üçün pul yığırlar və ya buna görə sığorta ödəyirlər: kimsə aylıq 10 funt, kimsə 60 funt, yəni bizim pulla 127 manat. Adi dəfn mərasimi 300 funtdur (639 manat). Əgər nəşi krematoriyada yandırarlarsa, 750 funta (1600 manat) başa gəlir.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 539 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 539 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 539 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 539 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 539 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 539 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 539 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 539 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 539 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 539 baxış
Seçilmişlər
icon