Kiyev Aİ-yə qoşulma prosesində daha bir mərhələni geridə qoyur - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstan Avropa İttifaqının iyulun 14-də Ukraynanın üzvlüyü ilə bağlı danışıqların növbəti istiqaməti üzrə müzakirələrə başlamasına razılıq verib.
Bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə keçmiş naziri Yanoş Boka bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin yekdil qərarı əsasında iyulun 14-də Ukrayna ilə danışıqların altı klasterindən ikincisi açılacaq. Bununla da Ukrayna üzvlük prosesində Serbiyaya çatacaq. Bosniya və Herseqovina, Şimali Makedoniya və Kosovonu geridə qoyacaq.
Boka vurğulayıb ki, bu, Ukraynanın Aİ-yə sürətlə qəbul olunması anlamına gəlmir və proses yalnız real nailiyyətlər əsasında davam etdirilir.
O əlavə edib ki, Macarıstan Ukraynanın sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.
#Macarıstan teqi istifadə olunub
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb
- Macarıstanda elektrik stansiyasının gücü azaldılıb
