Pleyeri seçin:

Kiyev kütləvi raket atəşi altında | Baku TV müxbiri hadisə yerində

14 dekabr 2023 206 baxış

Ukraynanın paytaxtı Kiyev növbəti dəfə kütləvi ballistik raket hücumuna məruz qalıb.

Bu barədə Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov məlumat verib. O bildirib ki, hücum nəticəsində Darnitski rayonunda yaşayan azərbaycanlıların evlərinə zərər dəyib.

Dekabrın 13-ü yerli vaxtla gecə saat 3-dən başlayan raket hücumları bir saata qədər davam edib. Kiyevin Darnitski, Dneprovski, Desnyanski və Qolosevski rayonlarında xeyli dağıntı qeydə alınıb. Hücum zamanı “İskəndər” ballistik raketlərindən istifadə olunduğu bildirilir.

Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən bütün hədəflər məhv edilib. Bu zaman vurulan raketlərin hissələri şəhərin 4 rayonuna düşüb:

“Hissələrin düşməsi ilə bağlı onlarla fakt var. Qolosevski, Darnitski və Desnyanski rayonlarında daha çox dağıntı qeydə alınıb. 9 mərtəbəli evin 7-ci mərtəbəsində yanğın baş verib, insanların təxliyəsi həyata keçirilib. 17 nəfər xilas olunub ki, onlardan da 7-si uşaqdır. Dneprovski rayonunda partlayış dalğaları pəncərələri sındırıb. Raket hissələrinin fərdi evlərə də düşdüyü aşkar olunub. Həmçinin hücum nəticəsində su kəməri zədələnib. Həyata keçirilən tədbirlər nəticəsində suyun verilişi bərpa olunub”.

Mixail Şamanovun verdiyi məlumata görə, gecə hücumu zamanı 53 nəfər xəsarət alıb. Onlardan 36-sı qadın, 17-si kişi, 6-sı isə uşaqdır. 20 nəfər xəstəxanaya yerləşdirilib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 206 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 206 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 206 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 206 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 206 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 206 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 206 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 206 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 206 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 206 baxış
Seçilmişlər
icon