Pleyeri seçin:

Kiyevdən ərazilərlə bağlı mühüm bəyanat | Rusiyanın hansı şərtləri var?

16 oktyabr 2024 140 baxış

“Görünür, Kiyev rejiminin başçısı Volodimir Zelenski öz qələbə planını ABŞ-nin son ukraynalıya qədər döyüşmək üçün diktə etdiyi siyasətin davamı kimi təqdim edir”.

Bu fikirləri jurnalistlərlə söhbətində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov vurğulayıb ki, müəyyən şərtlər daxilində sülh yolu ilə nizamlanma imkanları mövcuddur. Kremlin sözçüsü V.Zelenskinin Ukrayna parlamentindəki çıxışını hələ eşitmədiyini, bu səbəbdən sonradan şərh verə biləcəyini deyib.

Xatırladaq ki, Ukraynanın ABŞ-dəki keçmiş səfiri Valeri Çalıy Vaşinqtonun münaqişəni Kiyevin “qələbəsi” olmadan və “ərazi kompromisləri” ilə həll etmək barədə planı olduğunu bildirib.

Keçmiş səfirin sözlərinə görə, ABŞ nümayəndələri Volodimir Zelenskiyə Vaşinqtona səfəri zamanı “daha çevik olmağı” təklif ediblər.

“Əslində, onun mümkün ərazi kompromislərini müzakirə edəcəyi gözlənilirdi”, – V.Çalıy qeyd edib.

Keçmiş diplomatın sözlərinə görə, Vaşinqtonun ilk növbədə ABŞ və NATO-nun Rusiya ilə birbaşa toqquşmasının qarşısının alınmasını nəzərdə tutan öz planı var.

Kiyev hakimiyyəti isə bəyan etmişdi ki, ərazi güzəştlərindən söhbət gedə bilməz. Üstəlik, Ukraynada hələ də Moskva ilə danışıqlara qadağa qoyulub.

Eyni zamanda Rusiyanın da bir sıra şərtləri var. Prezident Vladimir Putinin vurğuladığı kimi, münaqişənin sülh yolu ilə həlli digər məsələlərlə yanaşı, Ukraynanın NATO üzvlüyündən imtinasını da əhatə edir.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 140 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 140 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 140 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 140 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 140 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 140 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 140 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 140 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 140 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 140 baxış
Seçilmişlər
icon