Kiyevin bombalanmasında şübhəli məqam | Raketlər Belarusdan atılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynaya kütləvi zərbəsi zamanı raketlər kifayət qədər qeyri-adi marşrutla uçub.
Bu barədə ukraynalı hərbi ekspert Vladislav Seleznev deyib.
“Rusiya pilotsuz təyyarələri və raketlərinin bəziləri şimal-qərbdən Kiyevə doğru uçur. Xəritəyə baxdıqda buranın birbaşa Belarusla sərhəd olduğunu görərik. Son vaxtlar düşmən Ukraynaya hücumlar həyata keçirmək üçün Belarus ərazisindən istifadə etmir. Bu, gecə də belə idi”, ‒ deyə ekspert bildirib.
Ekspert əlavə edib ki, Rusiya tərəfi hava hücumundan müdafiə sistemində zəif yerlər, boşluqlar axtarır ki, onlardan yararlansın.
Qeyd edək ki, 24 aprelə keçən gecə Kiyevə endirilən zərbələr nəticəsində ən azı 12 nəfər ölüb. Kiyev meri 25 apreli matəm günü elan edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
