Pleyeri seçin:

Kiyevin taleyi belə həll olunur

20 oktyabr 2025 492 baxış

“Ukrayna sülh danışıqlarına başlamağa hazırdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalına verdiyi müsahibədə bildirib.

“Əgər biz münaqişəni dayandırmaq və diplomatik yolla təxirəsalınmaz sülh danışıqlarına başlamaq istəyiriksə, hərbi qüvvələrin yerləşdiyi mövqelərdə dayanmalıyıq. Yəni hazırkı təmas xəttində”, ‒ deyə Zelenski bildirib.

Bu isə o deməkdir ki, hücumlar dayandırılmalı, Rusiya yeni yaşayış məntəqələrini ələ keçirməməlidir.

O ki qaldı Ukraynanın müharibəni dayandırmaq istəyinə, bu, bir neçə səbəbə bağlıdır. İlk növbədə cəbhə xəttində Rusiyanın aramla olsa da, irəliləməsi müşahidə edilir. Ukrayna sonuncu dəfə 2023-cü ilin yayında böyük əks-hücum əməliyyatı həyata keçirə bilib. Hərbi sahədəki durğunluq ictimai etimada da təsir göstərir.

Ukraynanın silah ehtiyatı və şəxsi heyət sayında da boşluqlar var. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ Ukraynaya silah ixracını müəyyən qədər azaldıb. Avropa İttfaqı Ukraynaya hərbi yardım göstərmək üçün ABŞ silahlarına pul ödəməli olur.

Zelenskinin “hazırkı təmas xətti əsasında” danışıqlara razılaşması ərazilərin bir hissəsini faktiki itirmək anlamına gəlsə də, bu, daha böyük itkilərin qarşısını almaq üçün kompromis axtarışıdır. Bu, həm də beynəlxalq ictimaiyyətə “biz sülh istəyirik, Rusiya isə istəmir” mesajıdır. Halbuki Tramp Zelenski ilə görüşdə Vladimir Putinin də savaşı dayandırmaq istədiyini açıqlayıb.

Hər halda Zelenski öz gedişini etdi. Artıq növbə Putinindir. Ağ Ev rəhbəri bütün təzyiq və güzəştlərdən istifadə edərək rusiyalı həmkarını münaqişəni dayandırmağa razı salmalıdır. Əks təqdirdə müharibə davam edəcək.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 492 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 492 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 492 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 492 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 492 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 492 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 492 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 492 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 492 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 492 baxış
Seçilmişlər
icon