Kobaxidze açıqladı | Gürcüstan və Rusiya qarşı-qarşıya gəlir?
Yeniliklərdən dərhal xəbərdar olun
Tiflis anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina edib.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə keçirdiyi brifinqdə deyib.
“Rusiyaya qarşı sanksiyalara gəlincə, bizim çox aydın mövqeyimiz var: biz sanksiyalar tətbiq etmirik və bu məsələdə çox ciddi arqumentlərimiz var. Biz Ukraynanı siyasi cəhətdən güclü şəkildə dəstəkləyirik, əhəmiyyətli humanitar yardım göstəririk və Ukrayna xalqı ilə çox yaxın münasibətlərimiz var. Amma biz bəzi Ukrayna rəsmilərinin Gürcüstanda “ikinci cəbhə”nin açılması ilə bağlı bəyanatlarından üzülürük”, – deyə Gürcüstanın Baş naziri əlavə edib.
Qeyd edək ki, Avropa Birliyi baş diplomatı Borrell Gürcüstana gələcəkdə AB üzvü olmaq üçün “Brüsselin xarici siyasət kursunu tam şəkildə izləməyi” tövsiyə edib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
