Kobaxidze Rusiya ilə münasibətlərdən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyaya münasibətdə siyasətimiz tamamilə aydındır, işğal məsələsinə dair qırmızı xətlərimiz var”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalının efirində deyib.
O qeyd edib ki, Gürcüstan ərazilərinin 20 faizi işğal altında olduğu müddətdə status-kvonun əsaslı şəkildə dəyişdirilməsi, o cümlədən diplomatik münasibətlərin bərpası mümkün deyil.
Baş nazirin sözlərinə görə, Gürcüstan Rusiya ilə ticarət-iqtisadi əlaqələrə malik olsa da, bu münasibətlər praqmatik çərçivədə saxlanılır.
“Rusiyaya qarşı siyasətimiz çox aydındır. Bir tərəfdən, işğal məsələsi ilə bağlı qırmızı xətlərimiz var. Ərazilərimizin 20 faizi, 2 tarixi bölgəmiz işğal altında qaldığı müddətdə diplomatik münasibətlərin bərpası da daxil olmaqla, status-kvonu əsaslı şəkildə dəyişdirmək mümkün deyil. Bunun hüquqi və siyasi əsasları mövcuddur”, – deyə gürcü Baş nazir vurğulayıb.
Kobaxidze əlavə edib ki, Gürcüstanın əsas məqsədi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır.
“Bu yolda çoxsaylı çətinliklər mövcuddur və qlobal siyasi proseslər də mürəkkəb şəkildə inkişaf edir. Gələcəkdə vəziyyətin necə dəyişəcəyini zaman göstərəcək. Lakin ictimaiyyətə açıq şəkildə bildiririk ki, qırmızı xətlərimiz var və əsas qırmızı xəttimiz işğal məsələsidir”, – deyə Baş nazir bildirib.
#İrakli Kobaxidze teqi istifadə olunub
- Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hansı mövqe dəyişməz qalır? - Baku TV CANLI
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istismara verildi - Baku TV
- Azərbaycanla əlaqələrə xüsusi önəm verən Kobaxidzedən açıqlamalar - BİZDƏN NƏ DANIŞIRLAR?
- Azərbaycanla Gürcüstan arasında mövcud olan müqavilə 20 il uzadılıb - Baku TV
- Gürcüstan Dünya Şəhər Gündəliyinə sadiq qalır | İrakli Kobaxidze - Baku TV
