Kobaxidzedən Avropa Parlamentinə gürcü xalqı ilə bağlı gözlənilməz ittiham
“Bu, yalnız Avropa Parlamentinin rüsvayçı addımı deyil, bütün Avropa bürokratiyası buna görə məsuliyyət daşımalıdır”.
“Teleqraf”ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni jurnalistlərə şərh edərkən deyib.
Onun sözlərinə görə, gürcü xalqının şantaj edilməsi tamamilə utancvericidir:
“Bu, Avropa Parlamentinin səhv etmirəmsə, yeddinci və biabırçı qətnaməsidir. Onlar insanlara işgəncələrin verildiyi, reketçiliyin, telekanalların ələ keçirildiyi, ərazilərin təslim edildiyi Mixeil Saakaşvili rejimini və kollektiv “Milli hərəkatı” hakimiyyətə qaytarmaq istəyirlər”.
Qeyd edək ki, Avropa Parlamentinin qətnaməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dərhal azadlığa buraxılması tələbi də yer alıb. Vurğulanıb ki, onun sağlamlıq durumuna görə məsuliyyəti Gürcüstan hakimiyyəti daşıyır.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
