Kobaxidzedən təcili açıqlama | Bu, ölkəmizi məhv edəcək!
Yeniliklərdən dərhal xəbərdar olun
“2022-ci ilin əvvəlindən Gürcüstanda Rusiyanın mövqelərini zəiflədəcək, lakin ölkəmizi məhv edəcək “ikinci cəbhə”nin açılmasına ciddi maraq var”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, həmin maraq bu gün də qalır.
Baş nazir hesab edir ki, indiki dünyada Gürcüstanın taleyi ilə qətiyyən maraqlanmayan “qlobal müharibə partiyası” var və onun yeganə marağı Rusiyanın mövqelərinin zəifləməsidir.
O bildirib ki, Gürcüstanın indiki hakimiyyəti təslim olub istefa verə bilər, lakin bu halda hakimiyyət 2012-ci ilə qədər hakimiyyətdə olan siyasi qüvvəyə keçəcək:
“Bu siyasi qüvvənin zəmanətli nəticəsi Gürcüstanın “ukraynalaşdırılması”, çox qısa müddətdə “ikinci cəbhə”nin açılması olacaq, ona görə də biz buna imkan verməyəcəyik”, – deyə İrakli Kobaxidze bildirib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
